Keçid linkləri

2017, 25 İyun, bazar, Bakı vaxtı 12:53

Ukrayna 'Rusiya İmperiyası'na 'son əlvida' dedi


Ukrayna-Polşa sərhədi, 31 May, 2017

İyunun 11-dən Ukrayna Avropa Birliyinə rəsmən vizasız gedib-gəlməyə başlayıb. Ölkə prezidenti bunu Rusiya İmperiyasına “son əlvida” adlandırıb.

Ukrayna sərhədçiləri sərnişinlərin sayında 30 faizlik artım gözlədiklərini bildiriblər.

Buna da bax:​ Ağ Ev: Ukrayna böhranı çözülənədək Moskva üzərindəki sanksiyalar qalacaq

Biometrik pasportları olan Ukrayna vətəndaşları İrlandiya və Böyük Britaniyadan başqa AB-nin bütün üzvlərinə vizasız səyahət edə, 180 gün ərzində 90 günədək qala biləcəklər.

Bu qayda həmçinin AB-də olmayan dörd Şengen ölkəsinə də aiddir: Norveç, İslandiya, Lixtenşteyn və İsveçrəyə.

Ukrayna Prezidenti iyunun 10-da inandığını bildirib ki, Ukrayna həm NATO-nun, həm də AB-nin üzvünə çevriləcək.

Buna da bax:​ Saakashvili deyir ki, Qafqazın taleyi Ukraynada həll olunur

“Heç vaxt Sovet İttifaqına qayıtmayacağıq, çünki biz, qürurlu və azad demokratik ölkə olaraq Avropa ölkələri ailəsinə qayıdırıq”, – o söyləyib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG