Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 19:38

Rusiyada 4 nəfəri öldürən silahlının taleyi naməlumdur


Rusiya daxili işlər naziri Vladimir Kolokoltsev

Moskvanın cənub-şərqində azı 4 nəfəri öldürmüş silahlınının taleyi naməlum olaraq qalır.

TASS agentliyi iyunun 11-də sözçü Irina Volk-a istinadla yazıb ki, “Daxili İşlər Nazirliyi və Milli Qvardiya qüvvələrinin birgə əməliyyatı sona çatıb. Silahlı məhv edilib”.

Buna da bax:​ Putin McCain-in 'köhnə dünyada' qaldığını deyir

Daxili işlər naziri Vladimir Kolokoltsev həmin şəxsin bir neçə saat davam edən qarşıdurma zamanı qumbara da atdığını bildirib.

“Silahlı mühasirəyə alınıb. O, bir neçə saat ərzində atəş açıb, qumbara atıb”, – RT nazirə istinadla bildirib.

TASS-ın yazdığına görə, insident həmin şəxsin Moskvanın Ramensky vilayətindəki Kratovo kəndində yerləşən evindən ov tüfəngindən atəş açmasıyla başlanıb. O, yoldan keçən bir nəfəri öldürüb, bir neçə nəfəri yaralayıb. TASS hadisə yerinə 200-dək Daxili İşlər Nazirliyi əməkdaşının göndərildiyini bildirib.

Buna da bax: Putin: ‘ABŞ-la Rusiya arasında əsl müharibə başlanarsa...’

İnsidentin necə bitdiyi bəlli deyil. Bəzi məlumatlara görə, o, yaralansa da hələ də sağdır. Evini yandırıb qaçandan sonra təhlükəsizlik əməkdaşları binaya basqın edib. Həmin məlumatlarda bildirilir ki, hazırda o Moskva meşələrindədir, təhlükəsizlik qüvvələri ilə atışma davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG