Keçid linkləri

2017, 21 Oktyabr, şənbə, Bakı vaxtı 18:00

Fransada parlament seçkisinin birinci turudur


Fransada parlament seçkiləri ərəfəsi, iyun 2017

İyunun 11-də Fransada parlament seçkilərinin birinci turu keçirilir. Prezident Emmanuel Macron-un yeni partiyası seçkinin ilk iki turunda güclü başlanğıc əldə etməyə ümid bəsləyir.

Mayın 7-də prezident seçkisində ifrat sağçı Marine Le Pen-i asanlıqla məğlub etmiş Macron Republique en Marche partiyasına təmiz mandat qazanmaq istəyir.

Rəy sorğuları Macron-un mərkəzçi partiyasının birinci turda səslərin azı 30 faizini qazanacağını göstərir. Sağ qanad respublikaçıların və müttəfiqlərinin 20 faiz, Le Pen-in ifrat sağçı Milli Cəbhə Partiyasının 17 faiz səs qazanacağı proqnozlaşdırılır.

Buna da bax:​ Trump-la Macron May-ə dəstək bildirirlər

577 yerlik parlamentin aşağı palatası uğrunda 7 min 882 namizəd mübarizə aparır.

Namizədlərdən heç biri birinci turda 50 faizdən yuxarı səs toplaya bilməsə, öndə gələn iki namizəd ikinci tura keçəcək. 12,5 faizdən çox səs toplayan namizədlər də ikinci tura keçir.

Günün bütün mövzuları

XS
SM
MD
LG