Keçid linkləri

2017, 17 Avqust, Cümə axşamı, Bakı vaxtı 21:39

Keçmiş səhiyyə naziri Əli İnsanovun apellyasiya şikayəti icraata qəbul edilib.

Bu barədə onun vəkillərindən Toğrul Babayev məlumat verib.

Vəkilin dediyinə görə, mayın 15-də məhkəməyə təqdim olunmuş şikayətə Bakı Apellyasiya Məhkəməsindəbaxılacaq. İlk məhkəmə iclası iyunun 12-nə təyin olunub.

Apellyasiya şikayəti hakim Əflatun Qasımovun sədrliik etdiyi məhkəmə heyətinin icraatındadır.

Şikayətdə aşağı məhkəmənin qərarının ləğv edilməsi istənilir.

Bu il aprelin 26-da Bakının Qaradağ rayon Məhkəməsinin hökmü ilə keçmiş səhiyyə naziri Əli İnsanov 7 il 5 gün azadlıqdan məhrum edilib.

Xatırlatma

Əli İnsanov 2005-ci ildə həbs edilib. Əvvəlcə vətənə xəyanətdə ittiham edilən keçmiş nazir daha sonra iqtisadi cinayətlərdə günahlandırılaraq 11 il azadlıqdan məhrum edilib.

2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi Ə.İnsanovun ədalətsiz mühakimə olunması barədə qərar çıxarıb. Ancaq Azərbaycan hakimiyyəti hökmü dəyişməyib.

Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan hökumətini Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

2016-cı ilin oktyabrında 11 illik həbsdən çıxmasına bir neçə ay qalmış ona yeni ittihamlar irəli sürülüb. Həmin ittihamlar CM-nın 234.1 (narkotik maddənin əldə edilməsi və saxlanması), 315.2 (xidməti vəzifəsini yerinə yetirərkən hakimiyyət nümayəndəsinə müqavimət göstərilməsi) və 317. 2.1 (qadağan olunmuş əşyaların hazırlanması, saxlanması və gəzdirilməsinə) maddələri üzrə verilib.

Hüquq-müdafiə təşkilatları Ə.İnsanovu "siyasi məhbus" sayır.

Əli İnsanov bütün məhkəmələrində hazırkı iqtidarın yüksək vəzifəli şəxslərini kəskin tənqid edib. O yeni ittihamları və təkrarən 7 il 5 gün həbs edilməsini hakimiyyətin onu bilərəkdən azadlığa buraxmamaq istəyi ilə izah edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG