Keçid linkləri

2017, 19 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:20

ABŞ prezidenti Donald Trump Twitter-də yazıb ki, keçmiş FTB rəhbəri James Comey-nin Konqresdə verdiyi ifadə “tam və hərtərəfli əsaslandırma” olub. Federal Təhqiqatlar Bürosunun keçmiş rəhbəri iyunun 8-də Konqresdə Rusiyanın 2016-cı il ABŞ prezident seçkisinə iddia olunan müdaxilə barədə ifadə verib.

Comey Trump-ı və komandasını onun işdən çıxarılmasıyla bağlı yalan danışmaqda, FTB-nin araşdırmasına zərbə vurmağa çalışmaqda ittiham edib. FTB Trump kampaniyasının Rusiyayla mümkün əməkdaşlığını araşdırır.

Buna da bax:​ Keçmiş FTB direktoru Comey deyir ki, Trump ona təzyiq edib

Trump iyunun 9-da ilk dəfə bu ifadəyə reaksiya verib. “Bu qədər saxta bəyanat və yalana baxmayaraq, tam və hərtərəfli sübut olundu ki, Comey gizli məlumat sızdırandır”.

“Səmimi olsam, James Comey dediklərimin çoxunu təsdiqlədi. Onun dediklərindən bəziləri, sadəcə, doğru deyildi”, – Trump daha sonra deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG