Keçid linkləri

2017, 23 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 08:38

16 gün öncə özünü yandıran şəxs ölüb


Mayın 24-ü özünü yandıran Ramiz Manafov bu gün, iyunun 9-da xəstəxanada vəfat edib.

Bu barədə məlumatı 5 saylı şəhər Kliniki Xəstəxananın yanıq şöbəsindən də təsdiq ediblər. Xəstəxanadan bildirildiyinə görə, o, vəziyyəti ağır olduğundan hələ də reanimasiyadan çıxarılmamışdı.

64 yaşlı Ramiz Manafovun mayın 24-ü «Bank Respublika»nın «Azneft dairəsi»ndəki filialı qarşısında özünü yandırdığı söylənirdi.

«Yeni Müsavat» qəzetinin hadisə yerində olan müxbirinin yazdığına görə, intihara cəhddən öncə o, bank işçiləri ilə mübahisə etmişdi.

R.Manafovun yaxınları AzadlıqRadiosuna bildirmişdilər ki, mərhum kredit borcunu qaytara bilmədiyindən evini itirmək hədəsi ilə üzləşmişdi.

Ancaq baş verənlərə, hələ ki, «Bank Respublika»dan münasibət öyrənmək mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG