Keçid linkləri

2017, 21 Avqust, Bazar ertəsi, Bakı vaxtı 04:40

Suriyanın cənubunda «Hizbullah» qüvvələrinin Birləşmiş Ştatların müttəfiqlərinə doğru atdığı dron Amerika qırıcı təyyarəsiylə vurulub. ABŞ rəsmiləri bu dronu «Hizbullah»a İranın verdiyini deyir.

Dronun buraxdığı silah partlamayıb və xəsarət alan olmayıb. Ancaq polkovnik Ryan Dillon-un sözlərinə görə, o, ABŞ əsgərləri və İŞİD qruplaşmasına qarşı təlim keçən yerli qüvvələrə birbaşa təhlükə yaradıb.

Dron hücumundan bir neçə saat öncə ABŞ İordaniya sərhədi yaxınlığındakı ət-Tanf bölgəsində Suriya hökumət və müttəfiq qüvvələrini bombalayıb.

Rəsmilər dronun «Predator» boyda olduğunu, çox güman ki, İranın verdiyini deyirlər.

Rəsmilər dron hücumunun bir neçə saat öncə hökumət qüvvələrinin bombalanmasına cavab olması ehtimalını da irəli sürürlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG