Keçid linkləri

2017, 21 Avqust, Bazar ertəsi, Bakı vaxtı 04:53

İŞİD-in yeni edamlarla bağlı iddiası araşdırılır


İŞİD yaraqlıları

Çin və Pakistan rəsmiləri «İslam Dövləti» (İŞİD) ekstremist qruplaşmasının Pakistanda iki çinli müəllimi öldürməsi iddialarını araşdırdıqlarını bildirirlər.

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Chunying iyunun 9-da deyib ki, Pakistandan informasiya gözləyirlər.

Pakistan təhlükəsizlik rəsmiləri araşdırma getdiyini, ancaq cəsəd tapa bilmədiklərini bildirir.

İŞİD iyunun 8-də iddia edib ki, mayın sonunda Pakistanın Bəlucistan əyalətində oğurlanmış iki çinlini edam edib. Qruplaşma edam səhnəsinin videosunu da yayıb.

Biri kişi, digəri qadın olan həmin iki çinli Urdu dilini öyrənir, Bəlucistanın paytaxtı olan Kvettada Mandarin dilini öyrədirmişlər.

Bu edamla bağlı informasiyadan bir neçə saat öncə Pakistan təhlükəsizlik qüvvələri elə həmin əyalətdə yaraqlılara qarşı hərbi əməliyyatın başlandığını göstərən video yayıblar.

İŞİD-in də edamı həmin əməliyyata görə intiqam məqsədilə gerçəkləşdirdiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG