Keçid linkləri

2017, 23 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 01:11

AB Genişləndirmə komissarı Bakıya gəlir


Avropa Birliyinin komissarı Johannes Hahn

Avropa Birliyinin (AB) genişləndirmə və qonşuluq siyasəti məsələləri üzrə komissarı Yohans Han (Johannes Hahn) Bakıya səfər edəcək.

Bu haqda AB-nin Azərbaycandakı nümayəndəliyinin məlumatında bildirilir.

Xəbərə görə, AB-nin genişləndirilməsindən məsul komissarı iyunun 16-da Azərbaycanda olacaq.

Azərbaycanın yüksək səviyyəli rəsmi şəxsləri ilə görüşlər səfər proqramına daxildir.

Buna da bax:​ XİN: 'Hüquq məsələsini siyasiləşdirməyin'

Ancaq hələlik, danışıqların gündəliyi açıqlanmır.

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla çərçivə sazişi imzalayıb.

Azərbaycan rəsmiləri son illər bəyan edirdilər ki, onlar artıq, Avropa Birliyi və bu quruma üzv ölkələrlə ayrılıqda əməkdaşlığa üstünlük verirlər.

Buna da bax: Avropa Birliyindən Əfqan Muxtarlı çağırışı

2016-cı il iyulun 6-da isə Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi, enerji və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.

Bu ilin fevralından isə bu qurumla Azərbaycan arasında ikitərəfli danışıqlar başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG