Keçid linkləri

2017, 23 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 01:11

‘Tolışi sado’nun baş redaktoruna 'Bandotdel'də foto göstəriblər [yenilənib]


‘Tolışi sado’ qəzetinin baş redaktoru Hilal Məmmədov (sağda), 22iyun2012

"Tolışi sado" qəzetinin baş redaktoru Hilal Məmmədov saat 17:00-a yaxın sərbəst buraxılıb. Onun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (“Bandotdel”) ifadəsinin alındığı bəlli olub.

Bu haqda H.Məmmədov özü AzadlıqRadiosu-na bildirib.

O, deyib ki, sahə polis müvəkkili saat 11:00-da yanına gələrək bildirib ki, onu Bakı Baş Polis İdarəsinə çağırırlar. Ancaq o, H.Məmmədovu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparıb.

Buna da bax:​ Avropa Şurası jurnalistlərə təhlükələri araşdırır

Baş redaktorun deməsinə görə, öncə onu gənc əməkdaş dindirib. Onlar Azərbaycandan qaçmış Şahin Mirzəliyev ilə çəkilmiş kollektiv fotonu H.Məmmədova göstəriblər.

"O, gözlüklü bir nəfəri göstərərək onun mən olub-olmadığımı soruşdu. Mən cavab verdim ki, xeyr. Sonra məndən fotodakı digər adamlar barədə soruşdular", - H.Məmmədov qeyd edib.

Baş redaktorun deməsinə görə, heç zaman Ş.Mirzəliyev ilə tanış olmayıb. Polis özü fotodakıların kim olduğunu aydınlaşdıra bilər və bundan ötrü onu idarəyə aparmağa gərək yox idi.

Sonra H.Məmmədovu bildirməsinə görə, hansısa rəisin yanına aparıblar. O, "Tolışi sado" qəzeti haqda soruşub:

Buna da bax: 'Sərhədsiz Reportyorlar'dan tənqid

«Rəis mənə belə dedi. “Talış dilində qəzet dərc etdirmək nəyə lazımdır? Əgər hər kəs öz dilində qəzet dərc etdirsə onda nə olar?”»

Baş redaktorun bildirməsinə görə, o da deyib ki, polisin qəzet nəşrilə bağlı heç bir iradı ola bilməz. Bu, Ədliyyə Nazirliyinin səlahiyyətinə aiddir:

“Eyni zamanda bildirdim ki, Azərbaycan Konstitusiyası hər millətin öz dilinin və mədəniyyətinin inkişafına zəmanət verir”

Baş redaktorun dediklərinə, hələlik, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən münasibət almaq mümkün olmayıb.

Buna da bax:​ Azərbaycan media azadlığı 'ən pis' olan 10 ölkədən biridir

* * *

"Tolışi sado" qəzetinin baş redaktoru Hilal Məmmədovun saxlanıldığı bildirilir.

Bu haqda AzadlıqRadiosu-na onun qardaşı Səbahəddin Məmmədov bildirib.

Qardaşının deməsində görə, bu gün, iyunun 8-i saat 11:30-a yaxın özünü sahə polis müvəkkili kimi təqdim edən şəxs Hilal Məmmədovun qaldığı evə gələrək onunla getməsini xahiş edib. Bunun məhkum olunmuşlarla profilaktik söhbət məqsədi daşıdığı bildirilib.

Buna da bax:​ Keçmiş məhbus: 'Mənə dedilər sən 'gizli müxalifətsən?''

“Sonradan Hilal Məmmədov evə telefon edərək metronun "Gənclik" stansiyası yaxınlığındakı idarəyə aparıldığını bildirib. Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi həmin ərazidə yerləşir”, - qardaşı bildirib.

İyunun 8-i eyni zamanda Masallı Rayonu Talış Mədəniyyət Mərkəzinin fəalı Fərid Abbasovun da Baş Prokurorluğun Ağır Cinayətlər Dair işlər üzrə İstintaq İdarəsinə çağırıldığı bildirilib.

Bu barədə isə AzadlıqRadiosu-na Talış Mədəniyyət Mərkəzinin rəhbəri Rafiq Cəlilov bildirib.

Buna da bax: Hilal Məmmədov yazmağa davam edəcək

O güman edir ki, F.Abbasovu bu ilin qışında Ermənistana qaçdığı deyilən Şahin Mirzəliyevin işi üzrə şahid ifadəsi vermək məqsədi ilə aparıblar.

R.Cəlilov mayın 26-da özünün də sərhəddə saxlanıldığını, prokurorluğa aparılaraq Ş.Mirzəliyev işi üzrə şahid kimi dindirildiyini bildirib.

Məsələyə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Şahin Mirzəyev Talış Mədəniyyət Mərkəzinin idarə heyətinin üzvü olub. O, əvvəlcə Gürcüstana mühacirət edib. Oradan İsə Ermənistana getdiyi deyilir. Verilən məlumatlara o etnik hüquqlarının pozulduğunu bildirib.

Buna da bax:​ Hilal Məmmədov: "Haqq-ədalət naminə mübarizəmizi davam etdiririk"

Talış Mədəniyyət Mərkəzinin rəhbərliyi isə bildirib ki, Ş.Mirzəyevin hərəkətinə nə onların, nə də qəzetlərin aidiyyatı var.

Xatırlatma

Hilal Məmmədov 2013-cü ildə 5 il azadlıqdan məhrum edilmişdi. O, narkotik maddə alveri, dövlətə xəyanət və milli ədavətin qızışdırmaqda ittiham olunub. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıb.

O, ötən il martın 17-də prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG