Keçid linkləri

2017, 21 Avqust, Bazar ertəsi, Bakı vaxtı 04:48

Zarif ABŞ-ın reaksiyasını 'iyrənc' adlandırır


Mohammad Javad Zarif

Ağ evin Tehrandakı hücumlara reaksiyası və ABŞ konqresmenlərinin İrana yeni sanksiyalarla bağlı addımları «iyrəncdir».

Bunu İranın xarici işlər naziri Mohammad Javad Zarif iyunun 7-də Twitter-də yazıb. «İran xalqı ABŞ-ın bu cür dostluğunu qəbul etmir», – o vurğulayıb.

İyunun 7-də Tehranda iki ayrı-ayrı partlayışda 13 nəfər həlak olub. Hücumlara görə məsuliyyəti «İslam Dövləti» (İŞİD) qruplaşması üzərinə götürüb.

İran rəsmiləri hücumları İŞİD-ə qoşulmuş iranlıların törətdiyini deyib, Səudiyyə Ərəbistanı və Birləşmiş Ştatları suçlayıb.

ABŞ prezidenti Donald Trump hücum qurbanlarının ailələrinə başsağlığı verib, ancaq xəbərdarlıq edib ki, «terrorçuluğa sponsorluq edən ölkələr təbliğ etdikləri şərin qurbanına çevrilmək riskiylə üzləşirlər».

Elə həmin gün ABŞ Senatında İrana yeni sanksiyalarla bağlı daha bir səsvermə keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG