Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Sentyabr, Cümə, Bakı vaxtı 15:26

Tehrandakı hücumları İŞİD-ə qoşulmuş iranlılar törədib


Hücumçular parlament binasına qadın paltarında keçib
Gözlə

No media source currently available

0:00 0:01:36 0:00

Hücumçular parlament binasına qadın paltarında keçib

İyunun 7-də Tehranda iki silahlı hücum törətmiş şəxslər «İslam Dövləti» (İŞİD) qruplaşmasına qoşulmuş iranlılar olub. Bunu iyunun 8-də İranın təhlükəsizlik rəsmisi deyib.

İranın Ali Milli Təhlükəsizlik Şurasının rəsmisi Reza Seifollahi müstəqil «Shargh» qəzetinə danışıb.

«Hücum edənlər barədə onu deyə bilərəm ki, İranın müxtəlif yerlərindəndirlər, «Daesh»ə qoşulublar», – o, İŞİD-in slenq adını işlədib.

Dünənki hücumlarda 13 nəfər həlak olub, 40-dan çox şəxs xəsarət alıb.

Hücuma görə məsuliyyəti İŞİD üzərinə götürüb. Ancaq İslam İnqilab Qvardiyası və İranın bəzi yüksəkrütbəli şəxsləri hücumlara görə Səudiyyə Ərəbistanı və Birləşmiş Ştatları ittiham edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG