Keçid linkləri

2017, 23 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 08:31

Cəmil Həsənli: '330 nəfərlik təyyarədə yalnız mənim əşyalarıma baxış keçirildi'


Cəmil Həsənli

İyunun 7-də Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli Çindən qayıdarkən Bakı hava limanında gömrük əməkdaşlarının xüsusi yoxlamasına məruz qaldığını bildirir.

Milli Şuranın sədri AzadlıqRadiosu-na müsahibəsində bildirib ki, bu, ölkədə müxalifətə repressiya və ayrı-seçkilik siyasətinin tərkib hissəsidir. O, Bakı hava limanında ilk dəfə belə yoxlamaya məruz qaldığını deyib.

“İlk dəfədir gömrük yoxlamasına məruz qalıram. Mən hava limanını tərk edəndən sonra arxadan çağırdılar ki, gömrük yoxlamasından keçməlisən. Görünür, kimsə mənim kim olduğumu deyib və gömrük yoxlaması keçirilməsinin vacibliyini xatırladıb”.

Buna da bax:​ XİN: 'Hüquq məsələsini siyasiləşdirməyin'

C. Həsənli deyib ki, 330 nəfərlik təyyarədə yalnız onun əşyalarına baxış keçirilib.

“Təyyarənin yarıdan çoxunun iş adamı, biznesmen olduğu halda, yalnız məni yoxlayırdılar. Məndən nə gətirdiyimi, xüsusilə üstümdə nə qədər valyutanın olmasını soruşdular. Sonra bəyan ediləsi nəsə olub-olmadığını sual etdilər. Bir çamadanım və iki əl yükümün olduğunu dedim. Dəfələrlə soruşduqları üçün üstümdəki valyutanın rəsmiləşdirilməsini istədim və sənədləşdirildi. Ancaq sənədin surətini vermək istəmirdilər, bir neçə dəqiqəlik mübahisədən sonra sənədi ala bildim”, – o, bildirib.

Milli Şura sədrinin bu açıqlamasına, hələlik, Dövlət Gömrük Komitəsindən münasibət almaq mümkün olmayıb.

Buna da bax: C.Həsənli: 'Aksiyaları zəruri edən şərtlər var'

XATIRLATMA

C.Həsənli son günlər Azərbaycanın sərhəd-keçid məntəqəsində yoxlanılan ilk siyasətçi deyil.

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlı ötən ayın sonunda belə sorğu-suala məruz qalmışdı. Ardınca onu qaçaqmalçılıq cinayətində ittiham edərək həbs etmişdilər. Rəsmi qurumlar onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar tapıldığını bildirmişdilər. Gözəl Bayramlı isə məhkəməsində həmin pulu hüquq mühafizə əməkdaşlarının onun əşyaları arasına atdığını söyləmişdi.

2014-cü ildən başlayaraq bir çox QHT rəhbərləri, fəalları keçid məntəqələrində belə yoxlamalara məruz qalır.

Buna da bax:​ Amnesty International Əfqan Muxtarlıya görə Bakını və Tbilisini ittiham edir

Cəmil Həsənli 2013-cü il prezident seçkisində Milli Şuranın namizədi olub. O seçkinin total şəkildə saxtalaşdırıldığını bildirərək, onun nəticələrini tanımayıb. Azərbaycan hakimiyyəti isə seçkinin saxtalaşdırılmasına dair iddiaları qəbul etmirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG