Keçid linkləri

2017, 21 İyul, Cümə, Bakı vaxtı 23:20

İyunun 6-da ABŞ prezidenti Donald Trump kursu dəyişib, Səudiyyə Ərəbistanı kralı Salman-ı ərəbləri birləşdirməyə çağırıb. Daha öncə Trump Qətərlə diplomatik mübahisədə Səudiyyə və digər ərəb ölkələrinin tərəfini saxlamışdı.

İyunun 5-də Səudiyyə və bir neçə ərəb ölkəsi Qətərlə diplomatik və ticarət əlaqələrini kəsib. Trump da bir gün sonra bu addımı alqışlayıb və deyib ki, boykot onun ötən ay Ər-Riyada səfəri zamanı verdiyi məsləhətin nəticəsini göstərir, ərəb ölkələri terrorçuluğun maliyyələşdirilməsinə qarşı sərt mövqe tutmağa başlayırlar.

Qətərlə münasibətləri kəsən ölkələr onun terrorçuluq və ekstremizmi dəstəklədiyini deyirlər.

Trump dünən (6 iyun) axşama artıq fikrini dəyişib, Səudiyyə kralı Salman-la söhbətində deyib ki, Qətərin üzv olduğu Fars Əməkdaşlıq Şurasında birliyin bərpası terrorçuluğun məhvi və regionda sabitliyin qorunmasından ötrü vacibdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG