Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 06:36

Arda Turan Türkiyə millisindən kənarlaşdırıldı


Arda Turan, Ragnar Sigurdsson və Kari Arnason

İspaniyanın “Barselona”klubunun futbolçusu Arda Turan Türkiyə millisindən kənarlaşdırıldı.

“NTV Spor” və digər Türkiyə kütləvi informasiya vasitələrinin (KİV) məlumatına görə, bu barədə Ardanın özü iyunun 6-da Türkiyə millisinin Sloveniyada keçirilən təlim-məşq toplanışı zamanı mətbuat konfransında məlumat verib.

Onu da qeyd edək ki, Türkiyə millisinin baş məşqçisi Fatih Terim Arda Turanın bu qərarından əvvəl onu millidən uzaqlaşdırıb.

Buna səbəb Ardanın Makedoniya ilə yoldaşlıq görüşündən sonra təyyarədə jurnalist Bilal Meşeyə hücum edərək onu ağır şəkildə təhqir etməsi olub. Bundan sonra Türkiyənin Futbol Federasiyası prezident Yıldırım Demirörən və Fatih Terimin iştirakı ilə iclas keçirib və Arda Turanın millidən kənarlaşdırılması barədə qərar qəbul edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG