Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 05:24

Ermənistan prezidenti qapıdan çıxanda etirazçılarla qarşılaşıb


Serzh Sarkisian

Onlarla adam iyunun 5-də Yerevanda hökumət villalarının ətrafında etiraz aksiyasına çıxıb.

Bu barədə Azadlıq Radiosunun Ermənistan xidməti məlumat yatıb. Sakinlərin sözlərinə görə, həmin ərazidə iş aparan “Glendale Hills” tikinti şirkəti sökülən evlərin əvəzindəonlara şəhərin mərkəzində tikilən çoxmərtəbəli binada eyni sahədə mənzil vəd edib.

Amma 10 il keçməsinə baxmayaraq sakinlərə nə ev, nədə ki, kompensasiya verilib.

Təxminən 300 kv metrlik evi və həyətyanı sahəsi olan Anush Zakaryan deyir ki, prezident hökumətdə məsələnin yoluna qoyulmasını göstəriş verməlidir və bura məhz bunu tələb etmək üçün toplaşıblar.

Zakaryan deyir ki, “Glendale Hills” şirkəti müflis elan edildiyindən ləğv olunub, razılaşmada 3-cü tərəfsə Ermənistan hökumətidir.

“İndi təminatçı dövlətdir və əgər şirkət buraxılıbsa bu məsələni dövlət həll eləməlidir. Ya bizə pul, yada ki, ev verməlidir. Bizə isə Yerevanın ətrafında ev təklif edirlər. Nəyə görə? Firdousi rayonu şəhərin 7-ci zonasında yerləşir” Zakaryan vurğulayır.

Sakinlərin sözlərinə görə, əvvəlki hökumət sakinlərdən çoxunun məsələsini həll etsə də 50 ailənin işi hələ də havadan asıla qalıb.

Deyirlər ki, seçkiqabağı kampaniyalar zamanı yeni baş nazir Karen Karapetyana ümid eləsələr də baş nazir onları məyus edib: “ Karapetyanla seçkiyə bir gün qalmış“Moskva” kinoteatrında görüşdük. Bizə dedi ki, bu dəqiqə bu məsələni həll etməmi istəyirsiniz?Siz ki, onu hələ 10 il əvvəl həll etməliydiniz”.

Mənbənin yazdığına görə prezident Serzh Sarkisianın korteji qapıdan çıxandan sonra dayanıb və prezident sakinlərə yanaşaraq yaxın 2 gün ərzində onların məsələsinə baxacağını vəd edib.

Amma sakinlərdən biri deyir ki, bunla ikinci dəfədir prezidentə müraciət edir və onda da eyni vədi vermişdi.

Amma hələ də ondan cavab ala bilməyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG