Keçid linkləri

2017, 22 Sentyabr, Cümə, Bakı vaxtı 07:01

Natiq Əliyevin vəziyyətinin sabitləşdiyi deyilir


N.Əliyev

Ürəyində yaranmış problemlə bağlı Türkiyədə müalicə olunan Azərbaycanın energetika naziri Natiq Əliyevin səhhətinin nisbətən yaxşılaşdığı bildirilir.

APA-nın məlumata görə, həkimlərin səyi nəticəsində nazirin vəziyyəti stabilləşib, müalicəsi davam etdirilir.

Ötən həftəsonu ürəyində problem yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdi. Daha sonra isə müalicəsini davam etdirmək məqsədilə Türkiyəyə aparılmışdı.

Onda Mərkəzi Neftçilər Xəstəxanasından bildirmişdilər ki, N.Əliyev xəstəxanaya gətirilən zaman ürəyi dayanıb, süni masajla yenidən həyata qaytarılıb.

İyunun 4-ü axşam saatlarında isə o, Türkiyəyə yola salınmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG