Keçid linkləri

2017, 21 Oktyabr, şənbə, Bakı vaxtı 18:16

İqlim paktına əməl edəcəklərini deyirlər


Michael Bloomberg

Birləşmiş Ştatların 1000-dən çox qubernatoru, meri, şirkəti Paris iqlim razılaşmasının hədəflərinə əməl etməyə razılaşıb. Bunu Nyu-Yorkun keçmiş meri Michael Bloomberg iyunun 5-də açıqlayıb.

Prezident Donald Trump ötən həftə həmin sənəddən çıxıb.

Bloomberg hazırda BMT baş katibinin Şəhərlər və İqlim Dəyişikliyi üzrə xüsusi elçisidir. O, BMT-yə «Biz hələ də burdayıq» adlı deklarasiya təqdim edib. Deyib ki, yerli hökumətlər və qeyri-hökumət təşkilatları ilə işləyəcək, onların atmosferə buraxılan istixana qazlarının həcmini nə qədər azaltdığını ümumiləşdirib BMT-yə təqdim edəcək.

Yeni təşəbbüsə 13 demokrat və respublikaçı ştat qubernatoru, 19 ştat prokuroru, 200-dən çox şəhər meri, xeyli şirkəti rəhbəri daxildir. Şirkətlər sırasında «Apple», «Amazon», «Google», «Facebook», «Microsoft», «Levi Strauss» və «Tiffany» də var.

Bu qrup Trump-ın razılaşmadan çıxmasını «kobud səhv» adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG