Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 19:39

Trump deyir ki, səyahət qadağası daha sərt olmalıdır


D.Trump

ABŞ prezidenti Donald Trump iyunun 5-də deyib ki, səyahət qadağası siyasi baxımdan korrektdir, yumşaqdır və daha sərt olmalıdır.

Ötən həftəsonu Londondakı teraktı misal çəkən Trump Twitter-də yazıb ki, «bizə Səyahət Qadağası əlavə təhlükəsizlik tədbiri kimi lazımdır».

Hazırda həmin fərman Ali Məhkəmənin icraatındadır. Yerli məhkəmələr və apellyasiya məhkəməsi, əsasən, müsəlman ölkələrindən gələnlərə məhdudiyyətlər qoyan fərmanın icrasını dayandırıb.

Ağ evin müşaviri Kellyanne Conway-in həyat yoldaşı Twitter-də yazıb ki, Trump-ın dedikləri Ədliyyə Departamentinin işinə yaramayacaq, departament məhkəmədə həmin fərmanı müdafiə edir.

Martda imzaladığı fərmana «səyahət qadağası» deməklə Trump həmçinin, daxili təhlükəsizlik katibi John Kelly-ni də təkzib etmiş olub. Kelly ötən ay israr edirdi ki, bu fərman səyahət qadağası deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG