Birləşmiş Ştatlarla Küveyt Qətərlə bir neçə ərəb ölkəsi arasında diplomatik körpünü bərpa etməyə çalışırlar. İyunun 5-də dörd ölkə Dohanın ekstremizmi dəstəklədiyini əsas gətirərək onunla diplomatik əlaqələri kəsib.
İddialara görə, Doha İranı və regiondakı şiə üsyançı qruplarını dəstəkləyir.
Qətərin Xarici İşlər Nazirliyi iyunun 6-da bildirib ki, Küveyt diplomatik qalmaqalda vasitəçilik etməyə çalışır.
«Al-Jazeera» televiziyası ilə yayımlanan çıxışında xarici işlər naziri Mohammed bin Abdul Rahman Al-Thani deyib ki, Qətər mübahisəni dərinləşdirməməyə çalışacaq.
ABŞ rəsmiləri də tərəflər arasında gərginliyi azaltmağa çalışacaqlarını deyiblər.
Qətərlə diplomatik əlaqələri kəsən ölkələr Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ-dir.