Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:09

Bob Dylan “fövqəladə” mühazirə oxuyub və indi milyon dollarını ala bilər


Bob Dylan
Bob Dylan

Məşhur musiqiçi Bob Dylan Nobel mükafatı ilə nəzərdə tutulan pulu almaq üçün yeganə şərti yerinə yetirərək “Nobel mühazirəsi” oxuyub.

İsveç Akademiyasının daimi katibi Sara Danius deyib ki, bu mühazirə fövqəladə idi.

Akademiyaya çıxışını videoəlaqə ilə göndərən müğənni öz poeziyası ilə ədəbiyyat arasındakı münasibətlərin təhlilini verib.

Dylan deyib ki, Nobel mükafatına təqdim olunduğunu ilk dəfə eşidəndə öz mahnılarının ədəbiyyata bir dəxli olub-olmadığı barədə düşünüb.

Bundan sonra Dylan onu poeziyaya ilhamlandıran insanlardan, xüsusilə də Buddy Holly-dən söz açıb.

O deyib ki, Holly onun bütün həyatını dəyişib.

Dylan Nobel mükafatına layiq görülmüş ilk bəstəkar-müğənnidir.

Nobel komitəsinin qaydalarına görə laureatlar mütləq nitq söyləməlidirlər. Bu nitq mühazirə, videoyayın və hətta mahnı şəklində də ola bilər.

Qaydalara görə bu mühazirə mükafat elan ediləndən 6 ay müddətində təqdim edilməlidir. Dylan mükafata ötən ilin oktyabrında layiq görülüb.

İndi artıq Dylan-ın 8 milyon isveç kronunu (923 min dolları) alması üçün heç bir maneə qalmır.

Bob Dylan yüksək mükafata “Amerika mahnı ənənəsinin içində yeni poetik ifadə yaratdığına” görə layiq bilinib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG