Keçid linkləri

2017, 26 İyun, Bazar ertəsi, Bakı vaxtı 16:15

Avropa Məhkəməsi jurnalistlərin şikayətinə daha tez baxacaq


Avropa İnsan Haqları Məhkəməsi. Strasbourg

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bundan sonra jurnalistlərə aid şikayətlərə daha tez baxacaq. Bununla bağlı məhkəmənin əsasnaməsinə dəyişiklik edilib.

Bu haqda AİHM-in saytı xəbər verir.

Məlumata görə, dəyişiklik mətbuat azadlığı və jurnalistlərin şikayətləri ilə bağlıdır. Belə şikayətlərə daha tez baxılmasına üstünlük veriləcək.

Məhkəmə bu dəyişiklik çərçivəsində Avropa Konvensiyasında nəzərdə tutulmuş hansısa hüquqdan istifadə ilə bağlı həbsdə tutulan fərdlərin şikayətlərinə təcili baxacaq.

Buna da bax:​ Freedom House saytların bloklanması ilə bağlı Bakının Qərb partnyorlarına səsləndi

Belə şikayətlər 1-ci kateqoriyadan olan şikayətlər kimi dəyərləndiriləcək.

AİHM indiyədək sadəcə şikayətçilərin həyatı, sağlamlığı ilə bağlı risklər mövcud olduğunda onlara təcili baxırdı.

Xatırlatma

Avropa İnsan Haqları Məhkəməsinin 2016-cı ilin yekunlarına görə, hesabatında Azərbaycanın adı daha çox nəzərə çarpan 10 ölkədən biridir.

Həmin sənədə görə, Azərbaycandan daxil olan 1650-dən artıq, şikayət baxılmasını gözləyir. Onlardan bəzilərinə, artıq baxılıb.

Buna da bax:​ Nils Muyjnieks: ‘Azərbaycan vətəndaş fəallarını azad etməlidir’

AİHM ötən il ərzində isə Azərbaycandan gələn cəmi 16 qərar qəbul edib. Həmin qərarların hamısında hüquq pozuntusu tanınıb.

2016-cı ildə Azərbaycandan AİHM-ə göndərilən şikayətlərin ümumi sayı isə 333 olub.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG