Keçid linkləri

2017, 23 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 08:31

«Banklara qoyulan vəsaitlər itirilir».

Bunu iqtisadçı-ekspert Azər Mehdiyev əhalinin banklardan əmanətlərini çəkməsi haqqında məlumatları təhlil edərkən deyib.

Onun fikrincə, bankların mənfəəti barədə hesabat verməməsi də bunda az rol oynamır.

İqtisadçı vurğulayıb ki, son aylar manatın məzənnəsi sabit qalsa da, hamı bunun müvəqqəti xarakter daşıdığını çox gözəl bilir.

A.Mehdiyevin fikrincə, əhalinin banklara olan etimadını Mərkəzi Bank rəhbəri və bir sıra nazirlərin gurultulu bəyanatları ilə bərpa etmək olmaz.

***Buna da bax-Dünya Bankı Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnoz verdi

«Bunun üçün milli valyuta Neft Fondundan transfertlər hesabına yox, iqtisadiyyatın inkişafı və büdcə gəlirlərinin artırılması hesabına möhkəmləndirilməlidir. Söhbət xammal, neft modelindən inkişafın sənaye modelinə keçiddən gedir. İqtisadiyyatın real sektorunun inkişafının stimullaşdırılması üçün tədbirlər görülməlidir. Savadlı və ölçülmüş siyasət yürüdülsə, hər şeyi xilas edib, gələcəkdə bank sisteminə şans vermək olar».

XATIRLATMA

Azərbaycan banklarının məcmu aktivləri mayın 1-i 30 mlrd. 779.2 mln. manat olub. Bunun 28 mlrd. 31.6 mln manatı ümumi öhdəliklər, 2 mlrd. 747.6 mln manat balans kapitalıdır.

Bu barədə Maliyyə Bazarına Nəzarət Palatasının icmalında bildirilir.

İcmalda banklardan kapital axınının davamlı xarakter aldığı ifadə olunub.

2017-ci il yanvarın 1-i əhalinin əmanətləri 7 mlrd. 448 mln. manat təşkil edib. Bu göstərici aprelin 1-də 6 mlrd. 911.4 mln. manata düşüb. 2017-ci ilin yanvar-martında əhalinin bank əmanətləri 8 faizə yaxın azalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG