Keçid linkləri

2017, 21 Oktyabr, şənbə, Bakı vaxtı 18:00

Khamenei-dən Trump-a, Səudiyyəyə sərt təpki


Ali Khamenei

İranın ali dini lideri Ali Khamenei ABŞ prezidenti Donald Trump və Səudiyyə Ərəbistanını Tehrana qarşı əlbir olduqlarına görə sərt tənqid edib.

Trump mayda Səudiyyəyə səfəri zamanı İranı Yaxın Şərqdə məzhəbçilik və terrorçuluğu alovlandırmaqda ittiham edib.

«ABŞ prezidenti geridəqalmış tayfa sisteminin liderləri ilə yanaşı dayanaraq 40 milyon seçicisi olan İranı tənqid edir», – Khamenei iyunun 4-də dövlət televiziyasında çıxışında söyləyib.

Qeyd edək ki, Trump-ın səfərindən bir neçə gün öncə Hassan Rouhani ikinci dəfə prezident postuna seçilmişdi.

«Hətta Amerikaya bir neçə milyard dollar rüşvət verməklə belə, səudiyyəlilər regionda məqsədlərinə çata bilməzlər», – Khamenei söyləyib. O, Vaşinqtonun Səudiyyə ilə 110 milyard dollarlıq silah sazişinə eyham vurub.

Mayın 27-də Khamenei Səudiyyə liderlərini «səfeh» adlandırmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG