Keçid linkləri

2017, 26 İyun, Bazar ertəsi, Bakı vaxtı 15:59

Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Tereza Meyə Londonda törədilən terror aktları ilə bağlı başsağlığı verib.

Prezident bildirib ki, Londonda törədilmiş terror aktı nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən sarsılıblar.

“Bu qanlı hadisə terrorizmin dəhşətli bir bəla olduğunu, onun bütün təzahürləri ilə mübarizə aparılmasının zəruriliyini və vacibliyini bir daha təsdiq edir. Baş vermiş faciə ilə əlaqədar kədərinizi bölüşür, sizə, həlak olanların ailələrinə, yaxınlarına, Birləşmiş Krallığın bütün xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.

Dünən, iyunun 3-ü gecə saatlarında Londonda iki terror aktı törədilib.

Birinci hadisədə şəhərin mərkəzindəki London Bridge dəmir yolu qovşağında baş verib. Təxminən 80 kilometr sürətlə gedən avtomobil bir neçə piyadanı vurub.

İkinci hadisə isə bu əraziyə yaxın Borough Market deyilən yerdə baş verib. Polis xəbər verir ki, ordakı restoranlardan birinə əllərində bıçaq olan şəxslər hücum ediblər. Nəticədə azı 7 nəfərin öldüyü, 50-yə yaxın adamınsa yaralandığı bildirilir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG