Keçid linkləri

2017, 24 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:07

"Yuventus"un 1400-dək azarkeşi basabasda xəsarət alıb


Foto arxiv

İtaliyanın Turin şəhərindəki “Azarkeşlər zonası” nda baş verən basabasda azı 1400 nəfər xəsarət alıb.

Bu barədə yerli kütləvi informasiya vasitələri xəbər verirlər.

Bu zona “Yuventus”un azarkeşləri üçün yaradılıb.

Qeyd edək ki, Madridin “Real” Klubu dünən Avropa Çempionlar Liqası-nın finalında Turinin “Yuventus” klubunu 4:1 hesabı ilə məğlub dib və bununla 12 dəfə Çempionlar Liqası-nın qalibi olub.

Oyunu izləmək üçün San Karlo meydanına təxminən 30 min adam gəlibmiş.

Yaralılardan 8-i ağır vəziyyətdədir.

Şahidlərin sözlərinə görə basabas “Real”ın 3-cü qolundan sonra baş verib. Partlayış baş verib və çaxnaşmaya düşən insanlar ekrana tərəf sıxılıblar.

Yerli KİV-lər də isə dəmir qapının uçması barədə məlumatlar dolaşır.

Hüquq-mühavizə orqanları müşahidə kameralarının qeyd elədiyi görüntüləri araşdırırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG