Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Sentyabr, Cümə, Bakı vaxtı 01:10

Raqqaya son hücumun 'çox tezliklə' başlanacağı gözlənir


Suriya Demokratik Qüvvələri

ABŞ-ın dəstəklədiyi ərəb-kürd qüvvələri “çox tezliklə” İslam Dövləti (İŞİD) qruplaşmasının paytaxt elan etdiyi Raqqa şəhərini azad etməyə başlayacaq.

ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin sözçüsü Cihan Sheikh Ehmed iyunun 3-də deyib ki, SDF “çox tezliklə” Raqqa uğrunda döyüşə başlayacaq. Raqqa Fərat çayının şimalında, Türkiyəylə sərhədin 90 kilometrliyində yerləşir.

Buna da bax:​ Türkiyə ABŞ-ın Suriya kürdlərinə silah verməsini pisləyib

Bu arada ABŞ-ın dəstəklədiyi İraq hökumət qüvvələri İŞİD-in İraqda son iqamətgahı olan Mosulu tam azad etməyə yaxın olduqlarını bildirirlər.

SDF döyüşçüləri Raqqanın şimal və şərq sektorları boyunca mövqe tutublar və Fərat çayının cənub sahili boyunca İŞİD ekstremistlərinə qarşı irəlilədiyi bildirilir.

SDF koalisiyasının əsas hissəsi olan YPG-nin sözçüsü Nouri Mahmoud “Reuters” agentliyinə bildirib ki, “qüvvələr şəhərə yaxınlaşır və bir neçə günə əsas əməliyyat başlanacaq”.

Buna da bax:​ ABŞ İslam Dövləti qruplaşmasına qəfil desant zərbəsi endirib

Koalisiya rəsmiləri Raqqada 3-4 min İŞİD yaraqlısının hücuma hazırlaşdığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG