Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:34

Rita Sarkisian ərinin prezident olmasını istəmirmiş


Serzh Sarkisian və Rita Sarkisian

Ermənistanın birinci xanımı Rita Sarkisian deyib ki, ümumiyyətlə həyat yoldaşının president olmasını istəıməzdi.
O bunu, Sarkisianın gələcəkdə baş nazir olmasının mümkünlüyü ilə bağlı AzadlıqRadiosunun Ermənistan xidmətinə müsahibəsində deyib.

“Ümumiyyətlə əvvəldən onun president olmasını istəmirdim. Əgər mənim fikrimi bilmək istəyirsinizsə, mən onun siyasətdə olmasını istəməzdim” Rita Sarkisian deyib.

O, həmçinin siyasi fəaliyyətlə bağlı ərinə məsləhət vermədiyini deyib: “Ümumiyyətlə ərinə məsləhət verən qadınları sevmirəm. Buna qarşıyam. Həyatımda məsləhət verməyəcəm və hansısa məsələ ilə bağlı mənim məsləhətlərimi eşitməli olan kişiyə hörmət etməzdim”, Rita Sarkisian vurğulayıb.

Qeyd edək ki, Ermənistan bu yaxınlarda kontitusiya dəyişikliyi ilə bağlı referendumla ölkədə president üsul idarəsindən parlament idarəciliyinə keçdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG