Keçid linkləri

Təcili xəbərlər
2018, 17 İyul, çərşənbə axşamı, Bakı vaxtı 07:52

Taliban intiqam alacağını deyir


Əfqanıstanda növbəti bomba hücumundan sonra. 26 May 2017

Əfqanıstan hökuməti Taliban məhkumlarını edam edərsə, Taliban intiqam almaqla hədələyib. Əfqanıstan həmin addımı bu həftə Kabildəki partlayışa görə atır. Talibanın hədəsindən sonrasa qruplaşmanın əlində olan qərbli əsirlərlə bağlı narahatlıq artıb.

Prezident Ashraf Ghani Talibana və Haqqani şəbəkəsinə bağlı, ölüm hökmünün icrasını gözləyən 11 məhkumun edamına qərar verib.

Buna da bax:​ Partlayışa görə məsuliyyəti üzərinə götürən yoxdur

Ancaq Taliban mayın 31-də azı 90 nəfərin ölümü, yüzlərlə insanın yaralanmasıyla nəticələnmiş hücumda əli olmadığını bildirmişdi. Taliban əfqan hökumətinə xəbərdarlıq edib ki, 11 məhbus edam olunarsa, “sərt hücumlar” həyata keçirilər.

Hazırda Talibanın əlində Əfqanıstan Amerika Universitetinin iki professoru, bir amerikalı və bir avstraliyalı var. Onlar keçən il oğurlanıblar. Kanadalı turist Joshua Boyle və onun amerikalı həyat yoldaşı Caitlan Coleman də yaraqlıların əlindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG