Bu gün, iyunun 2-si Oğuz rayonunda zəlzələ baş verib.
Bu haqda xəbəri Azərbaycan Milli Elmlər Akademiyası yanında Seysmoloji Xidmət Mərkəzi yayıb.
Xəbərə görə, iyunun 2-si yerli vaxtla saat 10:16-da Oğuz rayonu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4, ətraf rayonlarda isə 3 bala qədər hiss olunub.
Təkanların maqnitudası 4.5, dərinliyi isə 9 km olub. Dağıntı və tələfat haqda məlumat verilmir.