Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Noyabr, şənbə, Bakı vaxtı 05:20

Bakı-Şamaxı yolu bağlanıb


Foto arxiv

İyunun 1-i axşam saatlarından yağan güclü leysan yağışlar fəsad törədib. Bu haqda sel sularından əziyyət çəkən Qobustan sakinləri bildiriblər.

Onların deməsinə görə, sel Qobustan ərazisindən keçən magistral yolda hərəkətin dayanmasına səbəb olub.

Sakinlərin bildirməsinə görə, sel suları Bakı-Şamaxı avtomobil yolunun Ceyrankeçməz dərəsi adlanan ərazidə bağlanmasına səbəb olub.

Çökək ərazidən keçən yol, oradakı körpünün üstü su və qalın lil qatı ilə örtüldüyündən bir müddət avtomobillərin hərəkəti tam məhdudlaşıb .

Bu vəziyyət bir neçə saat davam etdiyindən Bakıdan Şamaxıya və əks istiqamətə hərəkət edən avtomobillər yolda qalıb. Yolun yalnız ağır texnikanın köməyi ilə təmizləndiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG