Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 06:47

Trump-ın iqlim sazişiylə bağlı qərarını pisləyirlər


D.Trump

ABŞ-ın müttəfiqləri və rəqibləri prezident Donald Trump-ın 2015-ci il Paris iqlim razılaşmasından çıxmaqla bağlı qərarını pisləyiblər. Trump-ın razılaşma üzrə yenidən danışıqlar aparmaq təklifi isə rədd olunur.

«Qəti şəkildə əminik ki, razılaşma üzrə yenidən danışıqlar aparıla bilməz», – Fransa, Almaniya və İtaliya liderləri birgə bəyanatlarında bildiriblər.

Onlar Trump-ın qərarının təəssüf doğurduğunu dilə gətirib, dünyanın qalan hissəsini iqlim dəyişikliyi ilə mübarizəni sürətləndirməyə çağırıblar.

Fransa prezidenti Emmanuel Macron iyunun 1-də Trump-a telefon zəngində deyib ki, heç nə haqda yenidən danışıq aparılmır.

«B planı yoxdur, çünki B planeti yoxdur. Biz bundan daha az ambisiyalı razılaşma üzrə danışıq aparmayacağıq. Bunun başqa yolu yoxdur», – Macron daha sonra televiziya çıxışında deyib.

Rusiya Trump-ın qərarına sayqı göstərdiyini bildirsə də, razılaşmadan çıxmayacağını vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG