Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 07:22

Putin: "Kuril adaları Yaponiyanın nəzarətinə keçsə ABŞ orda ordu yerləşdirə bilər" (Video)


Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin iyunun 1-də Sankt-Peterburqda keçirilən iqtisadi forum çərçivəsində xarici informasiya agentliklərinin rəhbərləri ilə görüşüb.

O, xüsusilə Rusiyanın qərb hissəsi və Primorskda hərbi iştirakın genişlənməsi ilə bağlı sualları cavablandırıb.

“Alyaska, indi isə Cənubi Koreyada ABŞ-ın hava hücumlarından müdafiə elementləri peyda olur. Biz buna, o cümlədən də Rusiyanın qərbində sadəcə biganə qalmalıyıq ? Əlbəttə ki, yox. Biz bu çağırışlara necə cavab verməyi fikirləşirik. Bu bizim üçün çağırışdır”, Putin burğulayıb.

Putin deyib ki, o ki, qaldı məsələnin ikinci hissəsinə- nəzəri cəhətdən ABŞ-ın Kuril adalarında ordu yerləşdirməsinin mümkünlüyünə, bu ola bilər.

“ Əgər güman eləsək ki, Kuril adaları nə vaxtsa Yaponiyanın suverlenliyinə keçəcək, bəli bu mümkünlük mövcuddur. Bu müqavilə və imzalanmış protokollardan irəli gəlir. Onları bizə göstərmirlər, amma biz ümumilikdə onların mətnini bilirik”.

Vladimir Putin ABŞ-ın hava hücumlarından müdafiə sistemlərindən danışır
Gözlə

No media source currently available

0:00 0:00:59 0:00

Günün bütün mövzuları

XS
SM
MD
LG