Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 08:07

Soros: “Avropa Birliyi ekzistensional böhran vəziyyətindədir"


George Soros

"Avropa Birliyi “ekzistensional böhran” vəziyyətindədir və bunu dəf etmək üçün blokun prinsiplərini yeniləmək lazımdır".

Azadlıq Radiosunun məlumatına görə, bunu amerikalı milyarder George Soros iyunun 1-də Brüsseldə keçirilən iqtisadi forumda bildirib.

“Breksit həddən artıq ağrılı proses, hər iki tərəf üçün ziyanlı olacaq və ziyanın böyük hissəsi artıq gözə dəyməyə başlayıb” Soros vurğulayıb.

İnvestor bildirib ki, keçmiş səhvlərdən dərs almaq və bloku formalaşdırmaq lazımdır ki, üzv ölkələr bunun çərçivəsində inteqrasiya sahəsində daha böyük imkanlar qazana bilsinlər.

Soros bildirib ki, təxminən 5 il sürəcək “Breksit” hər iki tərəfə ziyan vuracaq, ona görə də Avropaya elə əməkdaşlıq forması lazımdır ki, Böyük Britaniya və digər ölkələr birləşmək istəsinlər.

Soros həmçinin qeyd edib ki, Avropa Birliyi "antiavropa ruhu"na, Ksenefobiyaya, və “düşmən hakimiyyətlərə” qarşı mübarizədə birləşməlidir.

O “düşmən hakimiyyətlər” deyəndə Rusiya, Türkiyə, Misir kimi ölkələri misal çəkib.

Günün bütün mövzuları

XS
SM
MD
LG