Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Sentyabr, Cümə, Bakı vaxtı 11:53

Gözəl Bayramlının növbəti məhkəməsi təxirə salındı


Gözəl Bayramlı barədə 3 aylıq həbs qətimkan tədbiri seçildi
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

Gözəl Bayramlı barədə 3 aylıq həbs qətimkan tədbiri seçildi

Bu gün, iyunun 1-i günün ikinci yarısı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlının həbs qərarından verilmiş şikayətə baxış təxirə salınıb.

Bu haqda AzadlıqRadiosuna AXCP sədrinin müavinin vəkillərindən Zibeydə Sadıqova məlumat verib.

Z.Sadıqovanın deməsinə görə, AXCP sədrinin müavini məhkəməyə gətirilməyib. Bakı Apellyasiya Məhkəməsinin heyəti buna görə prosesi təxirə salıb. Apellyasiya şikayətinə sabah, iyunun 2-də baxılacaq.

Apellyasiya şikayətində G.Bayramlı barəsində qərarın ləğv edilməsi, onun azadlığa buraxılması istənilir.

İyunun 1-i səhər saatlarında isə Səbail rayon Məhkəməsində G.Bayramlının işi ilə bağlı verilmiş başqa bir şikayətə baxılıb. Həmin şikayətdə onun ev dustaqlığına buraxılması istənilirdi. Ancaq şikayət rədd edilmişdi.

XATIRLATMA

Mayın 25-i axşam saatlarında AXCP sədrinin müavini G.Bayramlı Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Mayın 26-sı Səbail rayon Məhkəməsinin hökmü ilə o, 3 ay müddətinə həbs edilib. Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur.

G.Bayramlı məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır.

AXCP sədri Əli Kərimli isə G.Bayramlının Gürcüstana müayinə məqsədilə getdiyini bildirmişdi. Ə.Kərimli vurğulayırdı ki, G.Bayramlı Gürcüstanda müxtəlif vaxtlarda bir neçə dəfə əməliyyat olunub. Əllərində bunu təsdiqləyən sənədlər də var.

AXCP sədrinin müavininə verilən ittiham təsdiqlənərsə, onu 5 ilə kimi həbs gözləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG