Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Aprel, çərşənbə, Bakı vaxtı 10:58

Jurnalisti həbsi başa çatan gün prokurorluğa aparıblar


Əziz Qaraşoğlu

İnzibati həbsdə olan jurnalist Əziz Qaraşoğlunun hazırda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində olduğu bildirilir.

Bu haqda onun vəkili Elçin Sadıqov məlumat verib.

Vəkilin dediyinə görə, ona bu haqda adıçəkilən idarənin müstəntiqi telefonla bildirib.

İnzibati həbs müddəti başa çatmaqda olan jurnalistin Baş Prokurorluğa hansı səbəbdən aparıldığı bəlli deyil. Müstəntiq bu haqda izahat verməyib.

E.Sadıqov prokurorluğa gedib ətraflı məlumat əldə etməyə çalışacağını bildirib.

Jurnalistin həyat yoldaşı isə artıq ərinə cinayət işinin açıldığı ilə bağlı məlumat yayıb. Ancaq o vurğulayıb ki, cinayət işinin maddəsi ona bəlli deyil.

Məsələyə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindən də, hələlik, aydınlıq gətirmək mümkün olmayıb.

XATIRLATMA

«Kanal 13» internet televiziyasının rəhbərlərindən Əziz Qaraşoğluna mayın 2-də Nəsimi rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibatı həbs cəzası verilib.

Ə.Qaraşoğlu İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə ittiham edilib. Söhbət polisə müqavimətdən gedir. Rəsmi ittihama görə, jurnalisti 2015-ci ildən axtarışda olan Faiq Cabbarov adlı şəxsə oxşar olduğundan polisə aparıblar. Həmin vaxt jurnalistin polisə müqavimət göstərdiyi iddia edilirdi.

Mayın 2-də jurnalistin xanımı da onunla birgə saxlanıb, ancaq sonra sərbəst buraxılıb.

«Kanal 13» internet televiziyası bir neçə ildir ki, fəaliyyət göstərir. İnternet televiziyasının təsisçisi Anar Orucovdur. O, bir neçə ildir ki, Almaniyada yaşayır.

Ə.Qaraşoğlunun inzibati həbsi bu gün, iyunun 1-də başa çatırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG