Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:29

Dünyanın ən nəhəng təyyarəsi anqardan çıxdı


Dünyanən ən nəhəng nəqliyyat təyyarəsi
Gözlə

No media source currently available

0:00 0:01:09 0:00

Dünyanən ən nəhəng nəqliyyat təyyarəsi

Dünyanın ən nəhəng nəqliyyat təyyarəsi mayın 31-də ilk dəfə Kaliforniyadakı Moxave səhrasındakı anqardan çölə çıxarılıb.

Təyyarədən, 9 kilometrlik yüksəklikdən raket daşıyıcıları buraxılması üçün hava platforması kimi istifadə olunacaq. Həmin raketlərsə orbitə yük daşıyacaq.

Təyyarəni Microsoftun banilərindən biri Pol Allenin “Stratolaunch Systems” şirkəti quraşdırıb.

6 mühərriki və 28 təkəri olan təyyarənin çəkisi təxminən 250 tondur, maksimum yüklə isə 590 ton olacaq.

Təyyarə hər biri 72 metr uzunluğunda iki gövdədən ibarətdir, onları birləşdirən qanadların ümumi üzunluğu isə 117 metdədir.

İlk mərhələdə orbitə 1 “Pegasus” raketi çıxaracaq, gələcəkdə isə raketlərin sayını 3 qaldırmaq nəzərdə tutulur.

Yaxın bir neçə gün ərzində təyyarənin yanacaq sistemi sınağından çıxarılacaq, sonra isə yanacaq boşaldılaraq digər testlər üçün təyyarə yenidən anqara qaytarılacaq.

İlk sınaq uçuşunu 2019-cu ildə keçirmək nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG