Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 08:14

RSF Əfqan Muxtarlıya görə bəyanat verdi


Əfqan Muxtarlı 3 ay müddətinə həbs olundu
Gözlə

No media source currently available

0:00 0:02:32 0:00

Əfqan Muxtarlı 3 ay müddətinə həbs olundu

Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) Gürcüstan hakimiyyətindən azərbaycanlı jurnalist Əfqan Muxtarlının Tbilisidə oğurlanaraq Azərbaycana qaytarılmasının izahatını istəyib. Qurum jurnalisti dərhal azad etməyə çağırır.

«Gürcüstan hakimiyyəti Əfqan Muxtarlının başına gələnləri izah etməli, Gürcüstanda yaşayan digər azərbaycanlı mühacirlərə təhlükəsizlik təminatı verməlidir», – RSF-in Şərqi Avropa və Orta Asiya bölməsinin rəhbəri Johann Bihr deyib.

«Muxtarlını xarici əməliyyatçılarmı oğurlayıb, yoxsa Gürcüstan təhlükəsizlik qüvvələri Azərbaycan rejiminin tənqidçilərinin təqibində əməkdaşlıq ediblər – istənilən halda, bu, ciddi fəsadlar törədəcək insidentdir», – Bihr söyləyib.

Əfqan Muxtarlı evinin yaxınlığında oğurlandığını, zorla oturdulduğu maşında döyüldüyünü, cibinə 10 min avro atıldığını deyir. Mayın 31-də məhkəmə onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri çıxarıb. Jurnalist sərhədi qanunsuz keçməkdə, qaçaqçılıqda, hakimiyyət nümayəndəsinə müqavimətdə ittiham olunur.

Muxtarlı məhkəmədə deyib ki, onun həbsini Azərbaycan hakimiyyəti sifariş edib.

Əfqan Muxtarlı hakimiyyətə yönəlik tənqidi fikirləri və araşdırmalarıyla tanınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG