Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 11:00

Türkiyə hərbi vertolyotu qəzaya düşüb


Vertolyot

Mayın 31-də Türkiyənin İraqla sərhədində Türkiyə hərbi vertolyotu qəzaya düşüb, vertolyotdakı 13 nəfər həlak olub.

Qəza Şırnak sərhəd vilayətində baş verib. Burada Türkiyə hərbçiləri kürd yaraqlılarına qarşı əməliyyatlar aparır.

Ancaq ordunun yaydığı bəyanatda qəzanın təsadüfi olması ehtimalı səsləndirilir.

Məlumatda qurbanlar haqda bilgi verilmir. Amma DHA xəbər agentliyi bildirir ki, vertolyotda general-mayorun rəhbərlik etdiyi, Şenoba regionunu təftiş edən nümayəndə heyəti varmış.

Digər media orqanları vertolyotda altı zabitin olduğunu yazır.

Medianın məlumatına görə, Türkiyənin müdafiə naziri Fikri Işık, baş nazirin müavini Mehmet Şimşek və digər nazirlər dərhal paytaxt Ankaradan Şırnaka yola düşüblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG