Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 22:43

Partlayışa görə məsuliyyəti üzərinə götürən yoxdur


Kabildə güclü partlayış, 80 ölü 300-dən çox yaralı
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00

Kabildə güclü partlayış, 80 ölü 300-dən çox yaralı

Kabildə mayın 31-də törədilmiş partlayışa görə məsuliyyəti, hələlik, üzərinə götürən olmayıb.

Şəhərin diplomatik məhəlləsində törədilən partlayışda azı 90 nəfər həlak olub, yüzlərlə yaralı var.

Əfqanıstan «Taliban»ının sözçüsü Zabihullah Mujahid hücuma görə məsuliyyəti rədd edib, dinc şəxslərə qarşı hər hansı hücumu pisləyib.

Ancaq «Reuters» informasiya agentliyinin məlumatına görə, Əfqanıstanın əsas kəşfiyyat agentliyi hücumu «Taliban»a bağlı «Haqqani» şəbəkəsinin Pakistandan gələn yardımla həyata keçirməsinə inanır. Bu ittihamı bəzi əfqan rəsmiləri də səsləndiriblər.

Qonşu Pakistanın Xarici İşlər Nazirliyi isə terror hücumunu pisləyən bəyanat yayıb, Əfqanıstanla həmrəylik ifadə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG