Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 08:05

Makedoniya parlamenti yeni hökuməti təsdiqlədi


Zoran Zaev

Makedoniya parlamenti yeni sol-mərkəzçi koalisiya hökumətini təyin edib. Hökumətin başında keçmiş müxalifət lideri Zoran Zaev durur. Bununla da altı aydır davam edən siyasi gərginlik sona çatıb.

Deputatlar mayın 31-də gecə saatlarında 62-44 səs nisbətiylə 26 üzvü olan Kabineti təsdiqləyiblər. Hökuməti Sosial Demokrat Partiyasının rəhbəri Zaev təklif etmişdi. Beş deputat səsvermədə bitərəf qalıb, doqquzu iştirak etməyib.

Səsvermədən dərhal sonra Zaev baş nazir kimi and içib. O, hökumətinin iqtisadi islahatları, eləcə də ölkəsinin Avropa Birliyi və NATO-ya qoşulmasını sürətləndirəcəyini vəd edib.

Bununla da millətçi VMRO-DPMNE partiyasının 11 illik idarəçiliyi bitib. VMRO tərəfdarları hakim koalisiyanın etnik albanları parlamentin spikeri vəzifəsinə, eləcə də kabinetdə 9 posta təyin etməsindən məyus olublar.

Zaev iki kiçik alban partiyasıyla koalisiya yaradıb. 120 yerlik parlamentdə 62 yer koalisiyanındır.

Günün bütün mövzuları

XS
SM
MD
LG