Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 01:24

Uşaqları Beynəlxalq Müdafiə Günündə - 'Çipollino'


Tamaşadan bir səhnə

Akademik Milli Dram Teatrı 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günündə azyaşlı tamaşaçıları məşhur “Çipollino” tamaşası ilə sevindirəcək.

Teatrın mətbuat xidmətindən AzadlıqRadiosu-na verilən xəbərə görə, səhnə əsəri məşhur italyan yazıçısı və jurnalisti Canni Rodarinin “Çipollino” əsəri əsasında hazırlanıb. Tamaşanın rejissoru, musiqi tərtibatçısı və yeni səhnə redaksiyasının müəllifi Əlif Cahangirli, rəssamı İlham Əsgərov, xoreoqrafı Lalə Hacıyeva, rejissor assistenti Nərmin Həsənovadır.

Buna da bax:​ Uşağı kreativ etmək üçün 25 məsləhət

Tamaşada C. Rossininin musiqisindən istifadə edilib.

Səhnə əsərində Xədicə Novruzlu (Çippolino), Əlvida Cəfərov (Ata Soğan), Mirzə Ağabəyli (Usta Kudu), Məzahir Cəlilov (Üzüm əmi), Rüstəm Rüstəmov (Sinyor Pomidor), Rəşad Bəxtiyarov (Vəliəhd Limon), Cümşüd Zeynalov (Professor Armud), Dilarə Nəzərova (Qaragilə), Mehriban Xanlarova və Sevinc Əliyeva (Albalılar), Ramin Şıxəliyev (Kaktus), Vüsal Mustafayev (Qraf Albalı), Ziya Ağa (Xəfiyyə Yerkökü), Ümman Budaqov (I Limon), İmran Qurbanov (II Limon), Ənvər Məmmədov (Lobya) çıxış edirlər.

Canni Rodari “Çipollinonun macəraları” kitabı ilə dünya şöhrəti qazanıb. Tezcə populyarlaşan bu əsərə 1961-ci ildə ilk cizgi filmi, 1973-cü ildə isə “Çipollino” nağıl-filmi çəkilib.

Buna da bax:​ «Valideynlərim məni axtarmasa da, mən onları çox istəyirəm»

Tamaşadan bir səhnə
Tamaşadan bir səhnə

Günün bütün mövzuları

XS
SM
MD
LG