Keçid linkləri

Təcili xəbərlər
2018, 17 İyul, çərşənbə axşamı, Bakı vaxtı 13:14

Milli Məclisin bu gün, mayın 31-də keçirilən plenar iclasında Əmək Məcəlləsinə dəyişiklik layihəsi müzakirə olunub.

«Report»un xəbərinə görə, layihə barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.

Hazırkı qanunvericiliyə görə, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən bu məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə əmək müqaviləsini ləğv etməzdən azı 2 ay əvvəl işçisini bu barədə rəsmi xəbərdar etməlidir. Yeni layihəyə görə isə, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda, işəgötürən əmək müqaviləsinin ləğvi barədə xəbərdarlıq edərkən onların əmək stajını nəzərə almalıdır.

İXTİSARLA BAĞLI XƏBƏRDARLIQ MÜDDƏTİ AZALDILIR

Layihəyə görə, işçinin 1 ilədək əmək stajı olduqda, ona ixtisar barədə xəbərdarlıq müqavilə ləğv edilməzdən azı 2 təqvim həftəsi əvvəl edilməlidir. Çıxarılan işçinin stajı 1 ildən 5 ilədək olduqda bu azı 4 təqvim həftəsi əvvəl, stajı 1 ildən 10 ilədək olduqda azı 6 təqvim həftəsi əvvəl, stajı 10 ildən çox olduqda azı 9 təqvim həftəsi əvvəl ona bildirilməlidir.

Bundan başqa, məcəllənin hazırkı variantına görə, əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin «a» və «b» bəndləri ilə ləğv edilərkən işçilərə orta əməkhaqqından az olmamaqla müavinət verilir. İşçilərə işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üzrə orta əməkhaqqı ödənilir. Yeni layihəyə görə isə, işdən çıxarma müavinətləri də ödənilərkən işçinin stajı nəzərə alınacaq. İşçinin 1 ilə kimi əmək stajı olduqda ona orta aylıq əməkhaqqı miqdarında müavinət veriləcək. 1 ildən 5 ilədək stajı olduqda orta aylıq əməkhaqqının azı 1.4 misli, 5 ildən 10 ilədək stajı olduqda 1.7 misli, 10 ildən çox stajı olduqda isə azı 2 misli miqdarında müavinət ödənilməlidir.

ƏMƏK MÜQAVİLƏSİNİN MÜDDƏTİ DƏ AZALDILIR

Bundan başqa, Məcəllənin 45-ci (Əmək müqaviləsinin müddəti) maddəsinə də dəyişiklik edilir. Bu dəyişikliyə görə, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanacaq. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanır. Yəni, bu, çox kiçik bir vaxtı da əhatə edə bilər.

Hazırkı varianta görə isə, əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər.

Dəyişiklik layihəsi səsə qoyularaq qəbul edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG