Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Noyabr, çərşənbə, Bakı vaxtı 04:00

Məmmədyarov Kolumbiya prezidenti ilə görüşüb


Elmar Məmmədyarov

Xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Juan Manuel Santos Calderón ilə görüşüb.

Xəbəri Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) yayıb.

Görüşdə E.Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verib.

Bundan başqa, iki ölkə arasında siyasi, iqtisadi, kənd təsərrüfatı və energetika sahəsində əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparılıb.

Azərbaycan xarici işlər naziri E.Məmmədyarov mayın 30-da Kolumbiyaya gedib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr ölkələrdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG