Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:05

Neft hasilatıyla bağlı razılaşmanı alqışlayırlar


Vladimir Putin və Mohammed bin Salman

Mayın 30-da Rusiya və Səudiyyə Ərəbistanı liderləri neft hasilatının azaldılmasının saxlanmasıyla bağlı razılaşmanı alqışlayıb. Onlar həmin razılaşmanın qlobal neft qiymətlərinin sabit saxlanmasına kömək etdiyini deyirlər.

Rusiya prezidenti Vladimir Putin Kremldə Səudiyyə Ərəbistanının ikinci vəliəhd şahzadəsi Mohammed bin Salman-ı qəbul edib. Salman hazırda müdafiə və enerji məsələlərinə baxır.

«Enerji sektorundakı razılaşmalar ölkələrimiz üçün çox vacibdir. Razılaşdırdığımız addımlar dünya karbohidrogen bazarında durumun sabitləşməsinə kömək edir», – Putin Salman-a deyib.

Rusiya-OPEC razılaşması qüvvəyə minəndən neftin qiymətləri barrelə görə 40-50 dollar civarında sabitləşib. 2016-cı ilin yanvarında qiymətlər 30 dollardan da aşağı düşmüşdü.

2014-cü ildə neftin barreli 100 dolları aşmışdı ki, həmin səviyyəyə çatmağa hələ çox var.

Günün bütün mövzuları

XS
SM
MD
LG