Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Avqust, Bazar ertəsi, Bakı vaxtı 09:35

Putin-lə Trump ABŞ demokratlarını suçlayır


V.Putin

Mayın 30-da Rusiya prezidenti Vladimir Putin və amerikalı həmkarı Donald Trump Rusiyanın ötən il ABŞ-da prezident seçkisinə müdaxiləsiylə bağlı iddiaları rədd edib. Hər iki prezidentin fikrincə, demokratlar bu «uydurma» və «saxta» xəbərləri seçkidə məğlubiyyətlərini yozmaqdan ötrü ortaya atıb.

Fransanın «Le Figaro» qəzetinə müsahibəsində Putin Rusiyanın Demokrat Partiyasının Milli Komitəsinin email-lərinə haker hücumunda əli olmasıyla bağlı iddiaları rədd edib. Ötən il sızdırılmış həmin yazışmalar demokratların namizədi Hillary Clinton-dan ötrü utancverici sayılırdı.

«Onlar başqalarına sübut etmək istəyirlər ki, siyasətləri düzgün olub, hər şeyi yaxşı ediblər, ancaq kənardan kimsə onları aldadıb. Belə deyil. Sadəcə, uduzublar və bunu boyunlarına almalıdırlar», – Putin deyib.

Daha öncə isə D.Trump Twitter-də oxşar fikirlər səsləndirib, Rusiya rəsmilərinin ABŞ-a, yəqin ki, güldüyünü yazıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG