Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 21:54

Saxlanan jurnalistlər azadlıqda [video] [yenilənib]


Saxlanan jurnalistlər sərbəst buraxıldı
Gözlə

No media source currently available

0:00 0:01:00 0:00

Saxlanan jurnalistlər sərbəst buraxıldı

Son məlumata görə, jurnalistlər sərbəst buraxılıb.

Onlardan izahat alınıb.

Jurnalistlərin dediyinə görə, Ə.Muxtarlını DSX qarşısında gözləyərkən polis onlara "burdan gedin" deyib, onlar etiraz edəndə isə saxlanıblar.

***

Jurnalist Sevinc Vaqifqızı və onun nişanlısı, ictimai fəal Məsud Əsgərin Dövlət Sərhəd Xidmətinin qarşısında saxlanılaraq polis bölməsinə aparıldığı bildirilir.

Hadisə bu gün, mayın 30-u saat 19:00 radələrində baş verib. KİV təmsilçiləri Gürcüstandan Azərbaycana gətirildiyi bildirilən jurnalist Əfqan Muxtarlının işindən xəbər öyrənməkdən ötrü Dövlət Sərhəd Xidmətinin (DSX) qarşısına toplaşıblar.

Buna da bax:​ Əfqan Muxtarlının Azərbaycana gətirildiyi bildirilir [yenilənir]

Özünü təqdim etməyən polis əməkdaşları müstəqil jurnalist Sevinc Vaqifqızı və Məsud Əsgəri izahat vermədən saxlayıblar.

Hər iki şəxsin 39-cu polis bölməsinə aparıldığı güman edilir. Hazırda onların telefonları cavab vermir.

Bölmədən onların saxlanması ilə bağlı hər hansı bilgi verilməyib.

* * *

Həm jurnalist Sevinc Vaqifqızı, həm də ictimai fəal Məsud Əsgər polis bölməsindən buraxılıb.

Məsud Əsgərin deməsinə görə, onlardan izahat alınıb, buraxılıblar. Onlara iş rejimini pozduqları deyilərək, irad da bildirilib.

Buna da bax:​ İlham Əliyev: 'Azərbaycanda bütün azadlıqlar təmin edilib'

Oturum izni ilə Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı bu gün, mayın 30-u Azərbaycana gətirilib.

Vəkillərinin bildirdiyinə görə, Ə.Muxtarlı hazırda Dövlət Sərhəd Xidmətinin binasında saxlanılır. Onun nədə ittiham edildiyi, hələ ki, açıqlanmayıb.

Jurnalist saxlanıb
Gözlə
Embed

No media source currently available

0:00 0:00:23 0:00

Saxlanan jurnalistlər sərbəst buraxıldı
Gözlə

No media source currently available

0:00 0:01:00 0:00

Günün bütün mövzuları

XS
SM
MD
LG