Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:59

Praqa məhkəməsi rusiyalı hakerin ABŞ və ya Rusiyaya verilməsi barədə qərar çıxardı


Foto arxiv

Praqa məhkəməsi rusiyalı haker Evgeni Nikulin-in ABŞ və ya Rusiyaya verilməsi barədə qərar çıxarıb.

AzadlıqRadiosu-nun mayın 30-da verdiyi məlumata görə, müdafiə tərəfi onun ABŞ-a verilməsilə bağlı qərardan dərhal şikayət verib.

Rusiya ilə bağlı eyni qərardan şikayyət verilməsi üçünsə vəkillərin 3 gün vaxtı var.

Birləşmiş Ştatlar Rusiya vətəndaşı olan Nikulini ABŞ şirkətlərinə məxsus komputerləri sındırmaqda ittiham edir.

Onun verilməsini ABŞ kimi Rusiya da tələb edir.

Məhkəmənin qərarına əsasən onun ekstradasiyası ilə bağlı yekun qərarı Çexiyanın ədliyyə naziri Robert Pelikan verməlidir.

Çexiya polisi Evgeni Nikulin ABŞ Federal Təhqiqat Bürosunun əməkdaşlığı və İnterpolun orderi ilə ötən ilin oktyabrında həbs edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG