Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 17:39

Ukraynanın ədliyyə nazirliyi Saakashvilinin partiyasını qeydiyyata almayıb


Mikheil Saakashvili

Ukraynanın ədliyyə nazirliyi Odessa vilayətinin keçmiş qubernatoru Mikheil Saakashvilinin yaratdığı yeni partiyanı qeydiyyata almayıb.

RİA Novosti-nin məlumatına görə, bunu mayın 30-da partiyanın toplantısında Saakashvilinin tərəfdaşı Olga Galabala bəyan edib.

“ Mayın 22-də bizə bəlli olub ki, Ulraynanın ədliyyə nazirliyi bizim partiyanı qeydiyyata almaqdan imtina edib, eyni zamanda saxta “Mikhael Saakashvili Bloku”nu qeydə alıb ki, bunun onunla heç bir əlaqəsi yoxdur”, Qalabala “Mikhael Saakaşvilinin yeni qüvvələr hərtəkatı”nın qurultayında deyib.

Saakashvili hesab edir ki, Ukrayna hakimiyyəti qarşıdan gələn parlament seçkisində səs toplamaq üçün onun adından bir neçə partiya yaratmaq istəyir.

Saakashvili ötən ilin noyabrında Odessa vilayətinin qubernatorluğundan istefa verib.

O, indiki hakimiyyəti korrupsiya ilə mübarizə aparmamaqda, cinayətkar klanları müdafiə etməkdə ittiham edir.

Saakashvili istefadan bir qədər sonra yeni siyasi qüvvə yaratdı və bu istiqamətdə mübarizəni davam etdirəcəyini bəyan elədi.

Günün bütün mövzuları

XS
SM
MD
LG