Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 13:36

AFFA braziliyalı futbolçunu milliləşdirdi


Richard Almeida

Braziliyalı futbolçu Richard Almeida bundan sonra Azərbaycan yığmasında çıxış edəcək.

Bu haqda Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) xəbər verir.

Xəbərdə bildirilir ki, beynəlxalq futbol qurumu-FIFA artıq bununla bağlı qərar verib.

Qərar AFFA-nın R.Almeida-nın Azərbaycan millisində oynamasından ötrü müraciəti əsasında çıxarılıb.

Richard Almeida 2012-ci ildən Ağdamın «Qarabağ» klubunun oyunçusudur. Onun əsas mövqeyi yarımmüdafiədir.

R.Almeida-nın iyunun 10-da Azərbaycan-Şimali İrlandiya matçında yaşıl meydana çıxacağı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG